Azərbaycan futbolunda Rövnəq Abdullayev dövrü bitir – Özü açıqladı
AFFA-nın prezidenti Rövnəq Abdullayev aprelin 2-də keçiriləcək Hesabat-Seçki konfransında namizədliyini irəli sürməyəcək.
Komanda.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, o, bu barədə Gəncədə keçirilən AFFA İcraiyyə Komitəsinin iclasında bildirib.
Abdullayev 2008-ci ildən AFFA prezidenti postunu tutur.
Toplantıda bir neçə məsələ müzakirə olub və bu qərarlar qəbul edilib:
1. AFFA-nın Növbəti Hesabat-Seçki Konfransı 2 aprel tarixinə təyin edilsin;
2. Müvafiq müraciətə əsasən, adları aşağıda göstərilmiş futbol veteranlarına AFFA-nın təqaüdü verilsin:
– İsmayıl Əliyev
– Esmiralda Ələkbərova (həkim)
– Qara Qarayev
– İqor Ponomaryov
– Vaqif Sadıqov
– Maşallah Əhmədov
“Kəpəz” Futbol Akedemiyasının tikintisi ilə bağlı İcraiyyə Komitəsinə hesabat təqdim edilib.
Bizi Facebook-da izləyin