Azərbaycan futbolunda dopinq aşkarlanıb

Azərbaycan futbolunda antidopinq qayda pozuntusu aşkarlanıb.

Komanda.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Antidopinq Agentliyinin direktoru Şəfəq Hüseynli keçirdiyi mətbuat konfransında açıqlama verib.

O bildirib ki, il ərzində 19 pozuntunun qeydə alındığı 11 idman növündən biri də futboldur. Digər idman növləri paurliftinq, güləş, velosiped idmanı, basketbol, paratletika, futbol, sambo, karate, boks, cüdo və paracüdodur.

Hüseynli prosesin davam etməsi səbəbindən ad çəkməyin məqsədəuyğun olmadığını bildirib. Direktor daha sonra bu barədə ictimaiyyətə açıqlama veriləcəyini söyləyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button