Azərbaycan – Estoniya matçının hakimləri bilindi
Sumqayıtda 21 yaşadək futbolçulardan ibarət Azərbaycan və Estoniya yığmaları arasında keçiriləcək Avropa çempionatının seçmə mərhələ oyununa hakim təyinatları açıqlanıb.
Komanda.az xəbər verir ki, oyunu Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Devid Munro olacaq. Ona yan xətt hakimləri Şon Karr və Duqlas Potter köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Qrant İrvin yerinə yetirəcək.
Martın 25-də Sumqayıt şəhər stadionunda keçiriləcək oyun saat 19:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin