Azərbaycan dünya ikincisi oldu

Türkiyənin İstanbul şəhərində keçirilən U-17 dünya çempionatında yunan-Roma güləşi üzrə yarış başa çatıb.

Komanda.az xəbər verir ki, DÇ-də 5 medal qazanan Azərbaycan millisi 108 xal toplayaraq komanda hesabında dünya 2-cisi olub.

İran (113) birinci, Gürcüstan (96) isə üçüncü yeri tutub.

Böyük məşqçi Taleh İsrafilov, məşqçilər Nazim Əhmədovla Rasim Ağayevin rəhbərliyi altında dünya çempionatında 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanan yığmamız medalların əyarına görə, son 4 ilin ən yaxşı nəticəsinə imza atıb.

Xatırladaq ki, DÇ-də Turan Daşdəmirov (45 kq) və Roman Kərimov (60 kq) qızıl, Yusif Əhmədli (65 kq) gümüş, Elnar Ziyadovla (48 kq) Mikayıl İsmayılov (92 kq) isə bürünc medal qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button