
Tokio-2020: Rüstəm Orucov bürünc medal uğrunda güləşəcək
Azərbaycan cüdoçusu Rüstəm Orucov Tokio-2020 Yay Olimpiya Oyunlarında təsəlliverici görüşə çıxıb.
Komanda.az xəbər verir ki, 73 kq çəki dərəcəsində çıxış edən Orucov Kosova təmsilçisi Akil Qyakova ilə üz-üzə gəlib.
Əsas vaxtda qalib müəyyənləşməyib. Rəqibinə əlavə vaxtda qızıl xalla qalib gələn Orucov bürünc medal uğrunda qarşılaşmaya vəsiqə əldə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin