Azərbaycan cüdoçusu karyerasını bitirdi
Azərbaycanın qadın cüdoçusu İrina Kindzerska karyerasını başa vurub.
Komanda.az xəbər verir ki, bu barədə Ukrayna əsilli idmançı sosial şəbəkə hesabında paylaşım edib.
31 yaşlı cüdoçu bu qərarı həyatında baş verən bütün hadisələrdən sonra qəbul etdiyini bildirib: “Səbəblər var, amma indi onlar haqqında danışmağa hazır deyiləm. Dəstəyiniz üçün hamınıza təşəkkür edirəm”.
Xatırladaq ki, İrina Kindzerska Tokio-2020 Yay Olimpiya Oyunlarında 78 kq-dan yuxarı çəki dərəcəsində bürünc medal qazanıb. Rusiyanın Ukraynaya hərbi təcavüzündən ziyan görənlər arasında Kindzerskanın ailəsi də var. Belə ki, o, bu ölkədə evsiz qalıb. İrinanın Ukraynanın İrpen şəhərindəki mənzili silahlı hücum nəticəsində dağılıb. Azərbaycan milli komandasının qadın cüdoçusu və ailəsi hazırda təhlükəsiz yerdədir.
Bizi Facebook-da izləyin