
Azərbaycan cüdoçusu gümüş medalla kifayətləndi
Azərbaycan cüdoçusu Turan Bayramov (60 kq) Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Böyük Dəbilqə” turnirində gümüş medal əldə edib.
Komanda.az xəbər verir ki, 22 yaşlı idmançı finalda Beynəlxalq Cüdo Federasiyasını təmsil edən rusiyalı Ayub Bliyevlə üz-üzə gəlib.
Rəqibinə uduzan Bayramov ikinci yerlə kifayətlənib.
“Böyük Dəbilqə” martın 2-də başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin