Azərbaycan cüdoçusu dünya çempionatında finala yüksəlib
Azərbaycan cüdoçusu Zelim Kotsoyev Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatında finala yüksəlib.
Komanda.az xəbər verir ki, 100 kq çəki dərəcəsində mübarizə aparan idmançı yarımfinalda Portuqaliya təmsilçisi Jorje Fonsekaya qalib gəlib.
Onun finaldakı rəqibi kanadalı Şadi Elnahas olacaq.
Mundial mayın 24-də başa çatacaq.
İndiyədək milli üzvlərindən Hidayət Heydərov (73 kq) qızıl medal qazanıb. Azərbaycan yarışda 11 cüdoçu ilə təmsil olunur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin