Azərbaycan cüdoçusu Avropa kubokunun qalibi oldu

Azərbaycan cüdoçusu Murad Fətiyev Rusiyanın Orenburq şəhərində keçirilən Avropa Kubokunda qızıl medal qazanıb.

Komanda.az xəbər verir ki, 81 kq çəki dərəcəsində yarışan cüdoçumuz bütün rəqiblərini mübarizədən kənarlaşdıraraq finala vəsiqə qazanıb.

Qızıl medal uğrunda görüşdə rusiyalı idmançı Turpal Terkayevi məğlub edən Murad Fətiyev Avropa kubokunun qalibi olub.

Azərbaycan millisi əldə etdiyi bir qızıl medalla turnirdə kişilər arasında üçüncü, ümumi hesabda isə beşinci pillədə qərarlaşıb. Birinci yeri Rusiya (10 qızıl, 8 gümüş, 14 bürünc medal), ikinci yeri Belarus (1 qızıl, 1 gümüş, 1 bürünc medal), üçüncü yeri isə Fransa (1 qızıl, 1 gümüş medal) komandası tutub.

Qeyd edək ki, 24 ölkədən 339 idmançının mübarizə apardığı qitə kubokunda Azərbaycanı 12 cüdoçu təmsil edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button