Azərbaycan cüdoçularının Paris toplanışı başa çatdı

Gələcək beynəlxalq yarışlara hazırlığı davam etdirən cüdo üzrə Azərbaycan milli komandasının üzvləri Paris şəhərində təlim-məşq toplanışında olublar.

Komanda.az xəbər verir ki, Fransa paytaxtında baş tutan beynəlxalq təlim-məşq toplanışında aparıcı cüdoçularımız iştirak ediblər.

Beynəlxalq Cüdo Federasiyasının təşkilatçılığı ilə keçirilən məşqlərə Azərbaycan cüdoçuları ilə yanaşı Fransa, Yaponiya, Koreya, Monqolustan, Almaniya, Rusiya, İtaliya, Braziliya, Çexiya, Türkiyə, Ukrayna, İspaniya, Gürcüstan, Hollandiya və digər ölkələrin yığmaları qatılıb. Ümumilikdə Paris toplanışında 80 ölkədən 700-dən çox cüdoçu iştirak edib.

Qeyd edək ki, cüdoçularımız fevral və mart aylarında Almaniya, Mərakeş, Gürcüstan və Türkiyədə keçiriləcək beynəlxalq yarışlarda mübarizə aparacaqlar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button