Azərbaycan cüdoçularından uğursuz start
Cüdo üzrə Azərbaycan millisi Türkiyənin Antalya şəhərində keçirilən “Böyük Dəbilqə” turnirinə uğursuz start verib.
Komanda.az xəbər verir ki, ilk gündə tatamiyə çıxan 8 idmançı mübarizəni medal qazanmadan başa vurub.
Yalnız Nazir Talıbov (60 kq) medal əldə etməyə yaxın olub. 1/4 finalda məğlub olan 22 yaşlı cüdoçu təsəlliverici görüşdə də belçikalı Yorr Verstraetenə uduzaraq, bu imkanı qaçırıb.
Millinin digər üzvlərindən Yaşar Nəcəfov (66 kq) 1/32 finalda, Kəramət Hüseynov (60 kq) 1/16 finalda, Orxan Səfərov (66 kq) 1/8 finalda mübarizəni dayandırıb.
Qadın cüdoçular Leyla Əliyeva (48 kq) və Fidan Əlizadə (57 kq) 1/32 final, Könül Əliyeva (48 kq) ilə Gültac Məmmədəliyeva (52 kq) isə 1/8 final səddini keçə bilməyiblər.
Azərbaycan millisinin heyətində Hidayət Heydərov (73 kq), Nurlan Osmanov (73 kq), Səid Mollayi (81 kq) və Zelim Tçkayev (81 kq) aprelin 1-də mübarizəyə qoşulacaqlar.
“Böyük Dəbilqə”yə aprelin 2-də yekun vurulacaq.
Bizi Facebook-da izləyin