Azərbaycan cüdoçularından Rumıniyada 4 medal

Rumıniyanın Kluj şəhərində cüdo üzrə Avropa açıq kuboku yarışına start verilib.

Komanda.az xəbər verir ki, beynəlxalq turnirdə mübarizə aparan qadın cüdoçularımız uğurlu nəticə əldə ediblər.

52 kq çəki dərəcəsində yarışan Azərbaycan cüdoçusu Gültac Məmmədəliyeva Fransa, İspaniya, Kuba və Macarıstandan olan rəqiblərinə qalib gələrək qızıl medala layiq görülüb.

Daha 3 təmsilçimiz, Leyla Əliyeva, Ayşə Qurbanova (hər ikisi 48 kq), İçinxorloo Munxçedev (57 kq) Avropa kubokunun bürünc medalını qazanıb.

Kluj turnirində 29 ölkədən 350 cüdoçu mübarizə aparır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button