Azərbaycan cüdoçularından Parisdə 3 medal

Fransanın paytaxtı Paris şəhərində keçirilən “Böyük Dəbilqə” turnirində Azərbaycan cüdoçuları 1 qızıl və 2 bürünc medal qazanıblar.

Komanda.az xəbər verir ki, komandamız medal əyarına görə ümumi hesabda 5-ci, kişilər arasında isə 4-cü yeri tutub.

İlk yarış günü -66 kq çəkidə Ruslan Paşayev qızıl, -73 kq çəkidə Rəşid Məmmədəliyev bürünc medal əldə edib.

İkinci yarış günündə -81 kq. çəkidə Ömər Rəcəbli bürünc medal qazanıb. Üçüncü yer uğrunda rəqibi yaponiyalı Yoşito Hojo zədə səbəbindən görüşə çıxmadığı üçün qələbə Ömərə verilib.

-100 kq. çəkidə Əjdər Bağırov yarışı 5-ci yerdə tamamlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button