Azərbaycan cüdoçularından ilk gündə 3 medal

Çexiyanın paytaxtı Praqada gənc cüdoçular arasında Avropa Kubokuna start verilib.

Komanda.az xəbər verir ki, beynəlxalq turnirin ilk günü Azərbaycan cüdoçuları 3 medal qazanıblar.

60 kq çəki dərəcəsində mübarizə aparan Rövşən Əliyev qızıl medala sahib olub. Bu çəkidəki digər cüdoçu Rəşad Yelkiyev bürünc medala layiq görülüb. Davud Abbaslı (66 kq) da bürünc medal qazanıb.

Beləliklə, gənclərdən ibarət milli komanda Praqa turnirinin ilk günündə aktivinə 1 qızıl və 2 bürünc medal yazdırıb.

Qeyd edək ki, Avropa Kubokunda 39 ölkədən 437 cüdoçu yarışır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button