Azərbaycan cüdoçularından bir gündə 3 medal
Rusiyanın Sosnovıy Bor şəhərində keçirilən cüdo üzrə ənənəvi beynəlxalq turnirdə fərdi yarışlara start verilib.
Komanda.az xəbər verir ki, 27-ci dəfə təşkil olunan yarışda Almaniya, Rusiya, Yunanıstan, Gürcüstan, Belarus cüdoçuları ilə yanaşı Azərbaycanın yeniyetmələrdən ibarət komandasının bəzi üzvləri də mübarizə aparır.
Beynəlxalq turnirin ikinci günü Aydın Rzayev (60 kq), Emin Həsənov (46 kq), Süleyman Əliyev (66 kq) müvafiq surətdə qızıl, gümüş və bürünc medal qazanıblar.
Qeyd edək ki, Azərbaycan millisi Rusiya turnirinin komanda yarışlarının da gümüş medallarını qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin