Azərbaycan cüdoçuları üçün Avropa Oyunları başa çatdı

Azərbaycanın cüdo üzrə qarışıq komandası Minskdə keçirilən Avropa Oyunlarında çıxışlarını başa vurublar.

Komanda.az xəbər verir ki, yığma komanda 1/8 finalda Fransa kollektivinə 0:4 hesabı ilə uduzub. Bununla da, Azərbaycan cüdoçuları Avropa Oyunları ilə vidalaşıblar.

Hesabında 4 gümüş və 7 bürünc medalı olan Azərbaycan komandası medal sıralamasında 24-cü pillədədir. Bunlardan 5-ni cüdoçular qazanıb. Rüstəm Orucov (73 kq) gümüş, Hidayət Heydərdov (73 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov (100 kq) və İrina Kindzerska (+78 kq) isə bürünc medal əldə edib. 

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button