Azərbaycan cüdoçuları Tokio toplanışına başladılar

Azərbaycanın cüdo üzrə həm kişilərdən, həm də qadınlardan ibarət milli komandasının aparıcı üzvləri hazırda Yaponiyada təlim-məşq toplanışındadılar.

Komanda.az xəbər verir ki, idmançılarımız baş məşqçilər Ruslan Maşurenko, Rəşad Məmmədov və məşqçi Elxan Məmmədovun rəhbərliyi altında gündə 2 dəfə məşq edərək gələcək beynəlxalq yarışlara hazırlaşırlar.

Tokio toplanışında Kəramət Hüseynov, Oruc Vəlizadə, Davud Məmmədsoy, Orxan Səfərov, Nicat Şıxəlizadə, Rüstəm Orucov, Hidayət Heydərov, Murad Fətiyev, Məmmədəli Mehdiyev, Elmar Qasımov, Zelim Kotsoyev, Uşanqi Kokauri, İçinxorlo Munxtsedev, Aişə Qurbanlı, Leyla Əliyeva, Aleksandra-Larisa Florian və Gültac Məmmədəliyeva iştirak edirlər.

Qeyd edək ki, cüdoçularımızın bu il üçün ən ciddi son sınağı dekabrın 12-dən 15-dək Çində keçiriləcək nüfuzlu “Masters” yarışı olacaq. Dünyanın ən güclü cüdoçularının qatılacağı beynəlxalq turnir Tokio-2020 Olimpiadasına lisenziya xarakteri daşıyacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button