
Azərbaycan cüdoçuları Perudakı qran-prini 7 medalla başa vurub
Azərbaycan cüdoçuları Perunun paytaxtı Limada keçirilmiş qran-prini 7 medalla başa vurublar.
Komanda.az xəbər verir ki, sonuncu yarış günündə Murad Fətiyev (90 kq) və Kənan Nəsibov (+100 kq) mükafatçılar sırasına düşə bilib.
Onlar müvafiq olaraq gümüş və bürünc medal qazanıblar.
Daha əvvəl Əhməd Yusifov (60 kq) gümüş, Könül Əliyeva (48 kq), Ruslan Paşayev, Rəşad Yelkiyev (hər ikisi 66 kq) və Ömər Rəcəbli bürünc mükafata sahib çıxıblar.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



