Azərbaycan cüdoçuları “Böyük Dəbilqə”ni beş medalla başa vurdular

Azərbaycan cüdoçuları Bakıda keçirilən “Böyük Dəbilqə”ni beş medalla başa vurublar.

Komanda.az xəbər verir ki, yarışın sonuncu günündə təmsilçilərimizdən heç biri mükafat qazana bilməyib.

Əjdər Bağırov (100 kq) üçüncü yer uğrunda görüşdə Niyaz Bilalova (IJF), Kənan Nəsibov (+100 kq) yaponiyalı Kanta Nakanoya uduzub.

Daha əvvəl Zelim Tçkayev (81 kq) qızıl, Rəşid Məmmədəliyev (73 kq) gümüş, Vüsal Qələndərzadə (73 kq), Əhməd Yusifov (60 kq) və Elşən Əsədov (66 kq) bürünc medala sahib çıxıblar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button