Azərbaycan cüdoçuları Avropa kubokunu 4 medalla başa vurublar
Azərbaycan cüdoçuları Macarıstanın Dyor şəhərində keçirilən yeniyetmələr arasında Avropa kubokunu 4 medalla başa vurublar.
Komanda.az xəbər verir ki, yığma üzvləri turnirdə 2 gümüş, 2 bürünc medal əldə ediblər.
Bununla cüdoçularımız ümumi hesabda 11-ci, oğlanlar arasında isə 6-cı yeri tutublar.
Avropa kubokunda Azərbaycan 7 çəki dərəcəsində 32 cüdoçu ilə təmsil olunub. Emil Səfərov (50 kq) və Kənan Sadıqov (66 kq) gümüş, Əhməd Mehdiyev (73 kq) və Əli Qazıməmmədov (81 kq) isə bürünc mükafata yiyələniblər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin