Azərbaycan cüdoçuları Almaniyadan 4 medalla qayıdır

Cüdo üzrə Azərbaycan milli komandası Almaniyanın Düsseldorf şəhərində keçirilən “Böyük Dəbilqə” beynəlxalq turnurində aktivinə daha üç medal yazdırıb.

Komanda.az xəbər verir ki, Elmar Qasımov (-100 kq) və İrina Kindzerska (+78 kq) gümüş, Zelim Kotsoyev (-100 kq) isə bürünc medala sahib olub.

Beləliklə Azərbaycan cüdoçuları Almaniya yarışını 4 medalla başa vurublar.

Xatırladaq ki, “Böyük Dəbilqə”nin ikinci günündə Rüstəm Orucov (-73 kq) bürünc medala layiq görülüb.

Millimiz medalların əyarına görə 115 ölkə arasında ümumi komanda hesabında 6-cı, qadınların yarışında 5-ci, kişilər arasında isə 4-cü yeri tutub. Düsseldorf turnirində 659 cüdoçu (392 kişi, 267 qadın) mübarizə aparıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button