“Qarabağ”la oyun başqa səviyyə idi”
“Ferentsvaroş” klubunun futbolçusu Barnabas Varqa Avstriyada “Qarabağ”la keçirilən yoxlama görüşü barədə danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Macarıstan klubunun heyətində ilk qolunu vurduğunu söyləyib:
“Qarabağ”la oyun başqa səviyyə idi. Həm onların, həm də bizim müntəzəm avrokuboklarda iştirak etməyimiz hiss olundu. Yoxlama görüşü olsa belə, qol vuran hücumçuda həmişə özünəinam yaranır.
Şadam ki, “Ferentsvaroş”un heyətində ilk qolu vurmaq üçün çox gözləməli olmadım. Adi yoxlama görüşü olmasına baxmayaraq, Azərbaycan çempionuna qarşı mübarizə yüksək səviyyədə keçdi. Meydanda gərgin mübarizə var idi. Azarkeşlər üçün əyləncəli alındı, çünki qapılara çox qol vuruldu”.
“Qarabağ” iyulun 1-də Polşanın “Legiya”, 4-də isə Bolqarıstanın MOİK klubu ilə qarşılaşacaq.
Bizi Facebook-da izləyin