Azərbaycan çempionu sabiq komandasına qayıtdı

“Neftçi”nin keçmiş futbolçusu Tallison Dias Azərbaycan təmsilçisindən ayrılandan sonra iki il ərzində dördüncü kluba keçib.

Komanda.az xəbər verir ki, 32 yaşlı müdafiəçi ölkəsi Braziliyanın ASA komandasına qayıdıb.

Sol cinah oyunçusu Braziliyanın D seriyasında çıxış edən ASA ilə artıq rəsmi müqaviləyə qol çəkib. Eyni zamanda, həmin komanda Tallisonun ilk peşəkar klubudur.

Tallison 2021-ci ilin yayında “Neftçi”dən ayrıldıqdan sonra ardıcıllıqla “Santo Andre”, ASA və “Portuquesa”nın formasını geyinib. Ümumilikdə o, karyerasında 16-cı dəfə komandasını dəyişib.

Dallison Dias 2020/2021 mövsümündə “Neftçi”nin heyətində Azərbaycan Premyer Liqasında 18 oyun keçirib və ölkə çempionluğunu qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button