Uğursuz “üçlük”
Azərbaycan çempionatlarının 28 illik tarixində 190 avtoqol qeydə alınıb.
Komanda.az PFL-ə istinadən xəbər verir ki, öz qapısına ən çox qol vuran komanda ünvanının üç şəriki var. Bunlar bütün çempionatların iştirakçısı olan “Neftçi” və “Qarabağ”, həmçinin AZAL-dır. Hər üç komandanın futbolçuları 18 dəfə öz qapısına qol vurub. Onların ən yaxın “izləyicisi” “Keşlə”nin üzvləri 12 dəfə avtoqola üzülüb.
Ən çox avtoqol müəllifi olan komandalar: AZAL, “Neftçi”, “Qarabağ” – 18, “Keşlə” – 12, “Sumqayıt”, “Bakı” – 11, “Zirə” – 8, “Turan” – 7, MOİK, “Kəpəz”, “Xəzər Lənkəran”, “Qəbələ”, “Simurq” – 6.
“Qarabağ” ən çox avtoqol vuran komandalardan biri olmaqla yanaşı, rəqibləri topu öz qapısından ən çox keçirən klubdur. Ağdamlıların hesabında 22 rəqib qolu var. “Neftçi”ni rekordçudan üç top ayırır. İlk “üçlüy”ü “Keşlə” qapayır – 17 dəfə.
Rəqibləri ən çox avtoqol edən komandalar: “Qarabağ” – 22, “Neftçi” – 19, “Keşlə” – 17, “Bakı” – 15, “Qəbələ” – 13, “Simurq”, “Turan” – 10, “Xəzər Lənkəran” – 9, “Kəpəz”, “Sumqayıt” – 8.
Bizi Facebook-da izləyin