Azərbaycan çempionatlarında mövsümün rekordu qeydə alınıb

Azərbaycan çempionatlarında 2023/2024 mövsümünün rekordu qeydə alınıb.

Komanda.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, 2-ci Liqanın 11-ci turuna təsadüf edib.

“Göygöl” – “Şəmkir” matçı mövsümün ən məhsuldar oyunu olub.

Bu qarşılaşmada 10 qol vurulub. Meydan sahiblərinin 8:2 hesabı ilə qalib gəldiyi görüşə qədər mövsümün heç bir duelində qol sayı ikirəqəmli ədədlə ifadə olunmamışdı.

Premyer Liqa, 1-ci Liqa, 2-ci Liqa və Əvəzedicilər liqasının arxada qalan bölümünün əvvəlki rekordu 9 qolun vurulduğu iki matçda qeydə alınmışdı. Bu, 2-ci Liqanın “Kür-Araz” – “Kürmük Qax” (6:3) və “Şahdağ Qusar” – “Dinamo” (9:0) oyunlarına təsadüf edib.

10 və ya daha çox qolun vurulduğu son matç 2022/23 mövsümündə baş tutmuşdu. 1-ci divizionun bu il martın 30-da keçirilən “Turan Tovuz-2” – “Araz-Naxçıvan” qarşılaşmasında qonaqlar 6:5 hesablı qələbə qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button