Azərbaycan çempionatlarında mövsümün rekordu qeydə alınıb

Azərbaycanın futbol çempionatlarında 2023/2024 mövsümünün ən böyükhesablı səfər qələbəsi qeydə alınıb.

Komanda.az xəbər verir ki, bu, “Qəbələ 2″nin “Araz-Naxçıvan 2″yə qalib gəldiyi (9:0) Əvəzedicilər Liqasının 27-cinturunun oyununda gerçəkləşib.

Bu, cari mövsümdə PFL-in bayrağı altında keçirilən bütün turnirlərdə qeydə alınan 3-cü belə nəticədir. Bunadək iki dəfə 9 top fərqi qeydə alınıb.

Belə nəticələr 2-ci Liqada yaşanıb. 2023-cü il noyabrın 6-da “Şahdağ Qusar” “Dinamo”nu, martın 5-də “Cəbrayıl” “Kürmük Qax”ı 9:0 hesabı ilə məğlub edib. Lakin həmin qarşılaşmalar meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb.

“Qəbələ-2” səfərdə ən böyükhesablı qələbənin müəllifi kimi rekorda imza atıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button