Azərbaycan çempionatının tarixində dəyişiklik olub

Çimərlik voleybolu üzrə qadın və kişilər arasında keçiriləcək Azərbaycan çempionatının tarixində dəyişiklik olub.

Azərbaycan Voleybol Federasiyasından Komanda.az-a verilən məlumata görə, iyunun 25-28-də təşkili nəzərdə tutulan çempionat 18 yaşadək qız və oğlanlardan ibarət komandaların beynəlxalq yarışda iştirakı səbəbindən təxirə salınıb.

Dəyişikliyə əsasən, ölkə birinciliyi 16-19 iyul tarixində təşkil olunacaq.

Yarış üçün qeydiyyat iyunun 30-dək davam edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button