Azərbaycan çempionatının 33 mövsümündə ən çox oyun keçirən 33 futbolçu – SİYAHI

Azərbaycan çempionatlarında ən çox oyun keçirmiş futbolçular açıqlanıb.

Komanda.az xəbər verir ki, siyahını Peşəkar Futbol Liqası tərtib edib.

Sayca 34-cü Azərbaycan çempionatına qədər baş tutan 33 mövsümdə ən çox oyun keçirən futbolçu Rahid Əmirquliyevdir. Ötən mövsüm 2-ci Liqada çıxış edən “Şahdağ Qusar”ın formasını geyinən yarımmüdafiəçi Premyer Liqada 451 matça çıxıb.

Onun kimi Mahmud Qurbanov da “400” səddini keçib. O, 421 oyunda iştirak edib.

İlk “üçlüy”ü Rəşad Sadiqov qapayır. Onun hesabında 392 görüş var.

Ötən mövsüm Premyer Liqada meydana çıxanlar arasında rekordçu Qara Qarayevdir. “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Əmirquliyevin rekordundan 100 oyun geri qalır. “Qəbələ” ilə Premyer Liqaya yüksələn Asif Məmmədov ümumi siyahıda 4-cü yerə şərikdir.

33 mövsümdə ən çox oyun keçirən 33 futbolçu

1Rahid Əmirquliyev451
2Mahmud Qurbanov421
3Rəşad Sadiqov392
4-5Asif Məmmədov388
Azər Məmmədov388
6Aslan Kərimov382
7Rəşad Abdullayev378
8-9Elvin Məmmədov376
Maksim Medvedev376
10Vurğun Hüseynov368
11Aqil Məmmədov363
12-13İsmayıl Məmmədov351
Qara Qarayev351
14Rəşad Sadıqov343
15İlkin Qırtımov339
16Elnur Abdullayev334
17Vüqar Nadirov332
18Urfan Abbasov329
19Rail Məlikov328
20Kənan Kərimov327
21Tural Axundov324
22Slavik Alxasov319
23Nadir Nəbiyev316
24Rauf Əliyev315
25Mübariz Orucov311
26Müşfiq Hüseynov305
27Ədəhim Niftəliyev303
28-30Arif Daşdəmirov302
Kamal Quliyev302
Rəhman Hacıyev302
31Mehman Yunusov298
32Viktor İqbekoyi294
33Aleksandr Çertoqanov293

Premyer Liqada yeni mövsümə avqustun 15-də start veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button