Azərbaycan çempionatında yarımfinalçılar bəlli oldu

Çimərlik voleybolu üzrə Azərbaycan çempionatında yarımfinalçılar bəlli olub.

Komanda.az Voleybol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı Su İdmanı Sarayında təşkil olunan yarışın üçüncü günündə ümumilikdə 11 oyun keçirilib.

Yarımfinal mərhələsinə iyulun 24-də start veriləcək.

Yarımfinal mərhələsi

24 iyul

Qadınlar

09:00. “Azərreyl-1” – “Milli Aviasiya Akademiyası-1”

10:00. “Azərreyl-2” – “Milli-2”

17:00. Bürünc medal uğrunda oyun

Kişilər

09:00. “Xilasedici-2” – “Murov Az Terminal-4”

10:00. “Azərreyl-1” – “Azərreyl-2”

17:00. Bürünc medal uğrunda oyun


Ümumulikdə 12 qadın və 11 kişi komandasının iştirak etdiyi Azərbaycan çempionatına iyulun 25-də yekun vurulacaq. Yarışın qalibi klublararası Avropa çempionatında iştirak hüququ qazanacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button