
Azərbaycan çempionatında mövsümün rekordu qeydə alınıb
Azərbaycan Premyer Liqasının 10-cu turu tamaşaçı sayında mövsümün rekordu ilə əlamətdar olub.
Komanda.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Tovuz şəhər stadionunda keçirilən “Turan Tovuz” – “Şamaxı” matçını 5800 tamaşaçı izləyib.
Doğma arenaya qayıdan qərblilər 2:1 hesablı qələbə qazanıb. Bu, mövsümün arxada qalan hissəsi üçün ən çox seyrçi toplayan görüşdür.
Bunadək rekord 5-ci turda qeydə alınmışdı. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilmiş “Sumqayıt” – “Neftçi” matçında (0:2) 3500 izləyici olub.
Ümumilikdə mövsümün baş tutan 58 oyununu 64 766 tamaşaçı izləyib. Orta göstərici 1117-yə bərabərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



