Azərbaycan çempionatında ilk medalçı bəlli oldu

Kişi həndbolçuların Azərbaycan çempionatında sonuncu – 20-ci tura start verilib.

Komanda.az xəbər verir ki, ilk oyunda “Azəryol” və “Qarabağ” komandaları üz-üzə gəliblər.

Bürünc medalların taleyinin həll olunduğu görüşə turnir cədvəlində rəqibi iki xal qabaqlayan “Azəryol” daha rahat çıxıb.

Belə ki, nominal ev sahibini 1 xal da qane etdiyi halda, “Qarabağ” mütləq qələbə qazanmalı idi.

37:35 hesabı ilə qalib gələn “Azəryol” 30-cu, yubiley çempionatının bürünc medallarına sahib çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button