Azərbaycan çempionatında ilin ilk oyunları keçirilib

Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 2025-ci ilin ilk oyunları keçiriləcək.

Komanda.az xəbər verir ki, 4-cü turun açılış matçında MOİK “Azərreyl”lə üz-üzə gəlib.

Qarşılaşma ikincilərin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Günün ikinci qarşılaşmasında “Murov Az Terminal” “Xilasedici”ni eyni hesabla üstələyib. Hər iki matç Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunub.

Turun “Neftçi” – “Gənclər” oyunu yanvarın 8-də baş tutacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button