Azərbaycan çempionatında finalçılar müəyyənləşdi

Minifutbol üzrə Azərbaycan çempionatında finalçılar müəyyənləşib.

Komanda.az xəbər verir ki, yarımfinalda “Zirə” “Aznur”u 4:0 (ilk matç 2:0), “Birbaşa” kollektivi isə “Qalaksi”ni 3:0 (ilk matç 2:1) hesabı ilə üstələyərək həlledici mərhələyə vəsiqə qazanıb.

Hər iki qarşılaşma Bakı Tennis Akademiyasında reallaşıb.

“Zirə” və “Birbaşa” komandaları arasındakı final görüşü martın 11-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button