Azərbaycan çempionatında ən çox qol vuran avropalı

“Sabah” Azərbaycan Premyer Liqasının 30-cu turunda “Qarabağ”ı məğlub edib (2:1).

Komanda.az xəbər verir ki, həmin oyunda dubla imza atan “Sabah”ın futbolçusu Coy Lens Mikels son 12 mövsümdə Azərbaycan çempionatında ən çox qol vuran avropalı legioner olub. O, ölkə çempionatında vurduğu qolların sayını 17-yə çatdırıb.

Mikels 2015/16 mövsümündə “Qarabağ”ın heyətində 15 qola imza atan ispaniyalı Dani Kintananı qabaqlayıb. 2011-ci ilin yayından indiyə qədər digər avropalı legionerlərdən heç biri bu qədər qol vurmayıb.

Xatırladaq ki, daha çox qol vuran sonuncu avropalı legioner Georgi Adamiya olub. Gürcü futbolçu 2010/11 mövsümündə 18 dəfə fərqlənib.

Bu qarşılaşmada həm də “Sabah”ın “Qarabağ”la matçlarda ilk qələbəsi qeydə alınıb. Əvvəlki 18 oyunda 6 heç-heçə və 12 məğlubiyyəti olan bakılılar uğursuz seriyaya 19-cu dueldə son qoyub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button