Azərbaycan çempionatına yekun vuruldu
Qılıncoynatma üzrə Azərbaycan çempionatına yekun vurulub.
Komanda.az xəbər verir ki, Azərbaycan Texniki Universitetinin İdman Sarayında qılncoynatmanın şpaqa və sablya növləri üzrə Azərbaycan çempionatı keçirilib.
Yarışda ümumilikdə 84 qılıncoynadan iştirak edib.
Sablya (qadınlar)
- Anna Başta
- Valeriya Bolşakova
- Səbinə Kərimova, Palina Kaspiaroviç
Sablya (kişilər)
- Murad Əkbərov
- Saleh Məmmədov
- Abbas Hüseynov, Nahid Məmmədli
Şpaqa (qadınlar)
- Azərin İdriszadə
- Xədicə Həsənli
- Mirnuray Abasova, Nəzrin Mehdiyeva
Şpaqa (kişilər)
- Ruslan Həsənov
- Xalid Əliyev
- Barat Quliyev, Mirxətai Məmmədov
Azərbaycan Qılıncoynatma Federasiyası ilə Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən yarışın qalibləri diplom, medal və pul mükafatları ilə təltif olunublar.
Təltifetmə mərasimində Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti Balakişi Qasımov, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Elnur Məmmədov, AQF-nin vitse prezidentləri Fikrət Zeynalov və Fərhad Kasimov iştirak edib.
Bizi Facebook-da izləyin