
Azərbaycan çempionatına start verildi
Bu gün kişi boksçular arasında Azərbaycan çempionatına start verilib.
Komanda.az xəbər verir ki, Boks Mərkəzində təşkil olunan yarışda 8 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşəcək.
Çempionata respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 29 komandanın 109 boksçusu qatılacaq. Qaliblərin adına isə noyabrın 27-də aydınlıq gələcək.
Mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin