Azərbaycan çempionatına qatılacaq atletlərin sayı açıqlandı

Atletika üzrə Qış Azərbaycan çempionatında 140 idmançı mübarizə aparacaq.

Komanda.az xəbər verir ki, Azərbaycan Atletika Federasiyası, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşəcək yarış yanvarın 26-27-da olacaq.

Respublika Olimpiya Mərkəzində baş tutacaq turnirdə Bakı, Gəncə, Naxçıvan, Bərdə, Astara, İsmayıllı və Xızını təmsil edən atletlər çıxış edəcəklər.

40-cı ölkə çempionatı Paris Yay Olimpiya Oyunlarına lisenziya üçün normativlərin yerinə yetirilməsi və reytinq xallarının toplanması baxımından, həmçinin Şotlandiyanın Qlazqo şəhərində keçiriləcək Qış dünya çempionatına seçim üçün mühüm əhəmiyyət kəsb edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button