15 min manatlıq çempionatda daha 5 qarşılaşma keçiriləcək
Bu gün qadın şahmatçılar arasında Azərbaycan çempionatında 5-ci turun oyunları baş tutacaq.
Komanda.az xəbər verir ki, növbəti yarış günündə daha beş qarşılaşma keçiriləcək.
Xanım Balacayeva Nurtan Nuriyeva ilə, Zeynəb Məmmədyarova Ləman Hacıyeva ilə, Səbinə İbrahimova Türkan Məmmədyarova ilə, Nərmin Abdinova Xəyalə Abdulla ilə, Gövhər Beydullayeva isə Gülnar Məmmədova ilə mübarizə aparacaq.
3,5 xalla lider olan Ayan Allahverdiyeva bu tur istirahət edəcək. Balacayeva və Türkan Məmmədyarova 2,5 xalla 2-3-cü yerləri bölüşdürür.
Beydullayeva, Zeynəb Məmmədyarova və Məmmədovanın 2, İbrahimova və Xəyalə Abdullanın 1,5, Abdinova ilə Hacıyevanın 1, sonuncu – 11-ci sıradakı Nuriyevanın isə 0,5 xalı var.
Azərbaycan çempionatının ümumi mükafat fondu 15 min manatdır.
Bizi Facebook-da izləyin