Azərbaycan çempionatı: 4 oyunda 43 qol vurulub
Minifutbol üzrə Azərbaycan çempionatında 6-cı tura start verilib.
Komanda.az xəbər verir ki, ilk gündə 4 oyun keçirilib.
Məhsuldar alınan qarşılaşmalarda qapılara ümumilikdə 43 qol vurulub. Autsayderlərin duelində “Baku Fire”ni üstələyən “Sumqayıt” mövsümdə ilk qələbəsini qazanıb.
Turun “Abşeron” – “Dirçəliş”, “Birbaşa Bakı” – “Aznur”, “Veteran” – “İnter” və “Zirə” – “Qalaxy Bakı” oyunları bu gün keçiriləcək.
Azərbaycan çempionatı, 6-cı tur
Atəşgah Suraxanı – Dinamo Gəncə 6:6
Real Bakı – Siyəzən 10:4
Baku Fire – Sumqayıt 3:5
Odlar Yurdu – Turan 5:4
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin