Azərbaycan boksçusundan Tailandda növbəti qələbə

Azərbaycan boksçusu Alfonso Dominqes Tailandın paytaxtı Banqkokda keçirilən ikinci Dünya Olimpiya Təsnifat Turnirində növbəti qələbəsini qazanıb.

Komanda.az xəbər verir ki, 92 kq çəkidə mübarizə aparan yığma üzvü üçüncü qarşılaşmasında Sanjit Sanjitlə (Hindistan) üz-üzə gəlib.

1/8 final çərçivəsində baş tutan döyüş çempionumuzun 5:0 (30:27, 29:28, 30:27, 30:27, 29:28) hesablı qələbəsi ilə yekunlaşıb.

Dominqes növbəti görüşündə Elkin Adilbek Uulu (Qırğızıstan) ilə gücünü yoxlayacaq. Boksçumuz qələbə qazanacağı halda, Paris-2024 Yay Olimpiya Oyunlarına növbəti lisenziyamızı rəsmiləşdirəcək. Döyüş iyunun 2-də olacaq.

Bu gün Malik Həsənov (63,5 kq) Paris-2024-ə lisenziyaya sahib olmaqla, millimizin aktivindəki vəsiqələrin sayını 4-ə yüksəldib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button