Azərbaycan boksçusundan Paris-2024-də gümüş medal
Azərbaycan boksçusu Alfonso Dominqes Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında final matçını keçirib.
Komanda.az xəbər verir ki, 92 kq çəki dərəcəsində yarışan təmsilçimiz qazaxıstanlı Lazizbek Mullojonovla qarşılaşıb.
Görüş Qazaxıstan təmsilçisinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. Beləliklə Dominqes gümüş medalla kifayətlənməli olub.
Olimpiada avqustun 11-də başa çatacaq. Daha öncə cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Taekvondoçu Qaşım Maqomedov (58 kq) gümüş mükafat qazanıb. Yunan-Roma güləşçimiz Həsrət Cəfərov (67 kq) bürünc medala sahib çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin