Azərbaycan boksçusundan ilk görüşdə qələbə
Tailandın paytaxtı Banqkokda davam edən boks üzrə 2-ci Dünya Olimpiya Təsnifat Turnirində Azərbaycan millisinin boksçusu Alfonso Dominqes ilk görüşünə çıxıb.
Komanda.az xəbər verir ki, yarışın dördüncü günündə 92 kq-da mübarizə aparan dünya çempionumuz 1/32 finalda qanalı Conatan Tette ilə qarşılaşıb.
Görüş Dominqesin 5:0 (30:27, 30:27, 28:29, 30:27, 30:27) hesablı qələbəsi ilə yekunlaşıb.
O, növbəti döyüşündə ilk mərhələdən azad olan Marko Çaçiklə (Xorvatiya) üz-üzə gələcək. Qarşılaşma mayın 30-da baş tutacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin