Azərbaycan boksçusu Tailandda növbəti qələbəsini qazanıb

Azərbaycan boksçusu Malik Həsənov Tailandın paytaxtı Banqkokda keçirilən Dünya Olimpiya Təsnifat Turnirində növbəti döyüşünə çıxıb.

Azərbaycan Boks Federasiyasından Komanda.az-a verilən məlumata görə, 63,5 kq çəkidə mübarizə aparan yığma üzvü 1/16 finalda Çol Man Çoe (Şimali Koreya) ilə qarşılaşıb.

Görüş 1:1 (30:27, 28:28, 28:28, 28:28, 28:29) hesabı ilə yekunlaşsa da, hakimlər boksçumuzu üstün hesab ediblər və Həsənov 1/8 finala vəsiqə qazanıb. O, növbəti döyüşündə Şion Nişiyama (Yaponiya) ilə üz-üzə gələcək.

Bu gün Şamil Əsgərov (57 kq) və Zeynəb Rəhimova (54 kq) da rinqə çıxacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button