
Tokio-2020: Azərbaycan boksçusu 1/4 finala vəsiqə qazandı
Azərbaycan boksçusu Alfonso Dominqes Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Komanda.az xəbər verir ki, 81 kq çəki dərəcəsində çıxış edən Dominqes 1/8 finalda Özbəkistanı təmsil edən Dilşotbek Ruzmetovla qarşılaşıb. Görüş Alfonsonun 4:1 hesablı qələbəsiylə başa çatıb.
Alfonso 1/4 finalda türkiyəli idmançı Bayram Malkanla qarşılaşacaq. Görüş iyulun 30-da keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin