Azərbaycan boksçusu 1/4 finalda dayandı

Azərbaycan boksçusu Tayfur Əliyev Avropa Olimpiya Təsnifat Turnirində növbəti görüşünü keçirib.

Komanda.az xəbər verir ki, 57 kq çəki dərəcəsində yarışan idmançı 1/4 finalda Samuel Kristoferlə (Fransa) üz-üzə gəlib.

Görüş rəqibin qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Əliyev ötən il Böyük Britaniyanın paytaxtı Londonda başlayan, lakin koronavirus pandemiyası üzündən dayandırılan yarışda 1/4 final mərhələsinə yüksəlməklə Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button