Azərbaycan boksçularından Rusiyada 2 qızıl, 1 bürünc medal!
Rusiyada kişi boksçular arasında “Sankt-Peterburq qubernatorunun kuboku” başa çatıb.
Komanda.az xəbər verir ki, Azərbaycan millisi 10-cu dəfə keçirilən və 15 ölkənin qatıldığı ənənəvi beynəlxalq turniri 2 qızıl və 1 bürünc medalla başa vurub.
52 kq çəki dərəcəsində rinqə çıxan Məsud Yusifzadə finalda monqolustanlı Enx-Mandax Xarxuu ilə üz-üzə gəlib. Boksçumuz rəqibini 5:0 hesabı ilə məğlub edərək, çempion tituluna yiyələnib.
Məhəmməd Abdullayev (+91 kq) də həlledici görüşü qələbə ilə bitirib. O, finalda moldovalı Aleksey Zavatinə 5:0 hesabı ilə qalib gəlib və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Rahil Məmmədli (91 kq) isə turnirdə bürünc medala sahib olub.
Qeyd edək ki, Azərbaycan yığması komanda hesabında 2-ci yeri tutub. Millimizi yalnız 3 qızıl medal qazanan Özbəkistan qabaqlayıb. Rusiya boksçuları isə “üçlüy”ü qapayıb. Onlar 1 qızıl, 5 gümüş və 13 bürünc medala yiyələniblər.
Bizi Facebook-da izləyin