Azərbaycan boksçuları üçün Sankt-Peterburq sınağı
Rusiyada kişi boksçular arasında “Sankt-Peterburq qubernatorunun kuboku” adlı beynəlxalq turnirə start verilib.
Komanda.az xəbər verir ki, 5 gün davam edəcək ənənəvi yarışda Azərbaycan yığması da iştirak edir.
Komandamızın baş məşqçisi Vaqif Şirinov turnirdə Rüfət Hüseynov (49 kq), Məsud Yusifzadə (52 kq), Tayfur Əliyev (56 kq), Cavid Çələbiyev (60 kq), Bəxtiyar Qazıbəyov (64 kq), Elnur Süleymanov (69 kq), Rauf Rəhimov (81 kq), Rahil Məmmədli (91 kq) və Məhəmməd Abdullayevə (+91 kq) şans verəcək.
Qeyd edək ki, Sankt-Peterburqda 10-cu dəfə keçiriləcək yarış “M-1 Arena”da baş tutacaq. Turnirdə 17 ölkənin boksçuları mübarizə aparır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin