![](https://komanda.az/wp-content/uploads/2023/06/boks-780x470.jpg)
Azərbaycan boksçuları Serbiyada 6 medal qazanıb
Azərbaycan boksçuları Serbiyanın paytaxtı Belqradda keçirilən beynəlxalq turnirdə 6 medal qazanıb.
Komanda.az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışa 6 idmançı ilə qatılan Azərbaycan millisinin hər bir üzvü fəxri kürsüyə yüksəlib.
Yığmanın heyətində Anaxanım İsmayılova (48 kq) qızıl medal qazanıb.
Aynur Rzayeva (+81 kq) gümüş, Marjona Savriyeva (50 kq), Zeynəb Rəhimova (54 kq), Aynur Mikayılova (57 kq) və Emili Rzayeva (70 kq) bürünc mükafata yiyələniblər.
Komanda fevralın 10-da Bakıya qayıdacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin