Azərbaycan boksçuları Rusiyadakı turnirdə iştirak edəcək

Azərbaycanın gənc boksçulardan ibarət millisi Rusiyanın Çita şəhərində keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək.

Boks Federasiyasından Komanda.az-a verilən məlumata görə, yarışda baş məşqçi Elbrus Rzayev və məşqçi Yadigar Məmmədovun rəhbərliyi altında Bilalhəbaşi Nəzərov (48 kq), Zidan Hümbətov (54 kq), Ömər Aslanlı, Tağı Nəsibov (hər ikisi 57 kq) və Məhəmmədəli Qasımzadə (60 kq) mübarizə aparacaq.

Turnir avqustun 26-da başlayacaq. Artıq səfərə yollanan yığmamız avqustun 31-də vətənə qayıdacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button