Azərbaycan boksçuları Avropa birinciliyində mübarizə aparacaqlar
Azərbaycan boksçuları Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçiriləcək yeniyetmələr arasında Avropa birinciliyində mübarizə aparacaqlar.
Komanda.az xəbər verir ki, oğlanlardan ibarət yığmanın baş məşqçisi Vaqif Kazımov və məşqçi Ağası Məmmədov birincilikdə Ayxan Həsənov (46 kq), Nihat Qasımov (48 kq), Zakir Həsənzadə (50 kq), Əli Baxışov (52 kq), Şahin Aslanov (57 kq), Vüsal Xəlilov (60 kq), Kənan Aslanlı (63 kq), Adil Zalov (66 kq), Rza Rzayev (70 kq), İsmayıl Vəliyev (75 kq), Əli Məmişov (80 kq) və Səftər Məmmədzadəyə (+80 kq) şans verəcək.
Qızlardan ibarət millinin məşqçisi İlkin Ağayevin rəhbərliyi altında isə Banuçiçək Nəsirli (46 kq), Aylin Nəzərova (48 kq), Aysun Mikayılova (50 kq), Əminə Tağı (52 kq), Mədinə Məmmədova (57 kq) və Dəniz Babayeva rinqə çıxacaqlar.
Beynəlxalq dərəcəli hakim Emil Qurbanəliyev yarışda ədaləti qoruyacaq.
Avropa birinciliyinə iyunun 23-də start veriləcək. Sarayevoya bu gün yollanan yığmalarımız iyulun 1-də Bakıya qayıdacaq.
Bizi Facebook-da izləyin